Cüdoçularımız Avropa Oyunlarına qatılmayacaq

img

10-01-2023 [18:00]


“Bu il Avropa Oyunlarına çox güman ki, qatılmayacağıq”.

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.

O bildirib ki, buna səbəb qızlar arasında ağırçəkili idmançının olmamasıdır: “Sadəcə, Nigar Süleymanova var. Potensialı var, amma onu Avropa Oyunlarına göndərə bilmərik, “yana” bilər. İrina Kindzerska olsaydı, başqa məsələ. Həm də elə vaxta salıblar ki, uşaqların əsas yarışlara hazırlıq dövrü ilə üst-üstə düşəcək. İyulda Avropa Oyunları, bir ay sonra isə Masters yarışı olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR