Paşinyan sülh sazişi ilə bağlı yeni mesaj verdi: “Laçın dəhlizindəki vəziyyəti sülhməramlılar qaydaya qoymalıdır” - "Naxçıvanla da sərhəd açılacaq"

img

10-01-2023 [15:50]


“Azərbaycanla sülh müqaviləsinin imzalanmasına çalışırıq”.

Mia.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan saziş bağlamağa hazırdır: "Biz bunun üçün əlimizdən gələni edəcəyik”.

Baş nazirin sözlırinə görə, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Paşinyan Laçın yolundakı aksiyadan da danışıb və bildiirb ki, Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir: “Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.

Paşinyan daha sonra Türkiyə ilə sərhəddən danışıb: "Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR