"Fənərbağça" ilə "Qalatasaray" arasında derbi: 3 qol, bir qırmızı kart var (Yenilənib)

img

08-01-2023 [21:59]


Bu gün Türkiyə Super liqasında "Fənərbağça" ilə "Qalatasaray" arasında derbi baş tutub.

Mia.az xəbər verir ki, oyunda hesabı qonaqlar açıb.

Belə ki, 32-ci dəqiqədə Olivera "Qalatasaray"ı önə çıxarıb - 0:1.

78-ci dəqiqədə isə Kərəm "Aslan"ın 2-ci qolunu vurub - 0:2.

85-ci dəqiqdə "Fənər"li İrfancan Kahvəçi kobud oyuna görə qırmızı kartla meydandan qovulub.

Hakim oyunun əsas vaxtına 10 dəqiqə əlavə edib.

90+10-da İkardi "Qalatasaray"ın daha bir qoluna imza atıb - 0:3.

Lakin hesab dəyişməyib və oyun "Qalatasaray"ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə ardıcıl 7-ci qələbəsini qazanan "Qalatasaray" ən yaxın izləyicisi olan "Fənərbağça" ilə arasındakı xal fərqini 4-ə çıxararaq, liderlik kürsüsündə daha da möhkəmlənib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA