Daha bir məşhur futbolçu “Qarabağ”dan getdi (Yenilənib)

img

05-01-2023 [17:53]


"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Macarıstanın "Ferentsvaroş" klubu ilə müqavilə imzalayıb.

Məlumata görə, Budapeştə yollanan qanalı hücumçu 2 illik sözləşməyə imza atıb.

25 yaşlı forvard cari mövsümün sonunda yeni komandasına qoşulacaq/Report.

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Kvabena Ovusunun "köhlən atlar"la müqaviləsi bu ilin yayında başa çatacaq.

***

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstan klubu “Ferentsvaroş”a keçəcək.

Bu barədə məlumatı Rusiyanın “Sport-Express” nəşri yayıb.

Bildirilib ki, Azərbaycan təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədər olan qanalı hücumçu yayda azad agent kimi “Ferentsvaroş”la müqavilə imzalayacaq. Macarlar 25 yaşlı forvardla yanaşı, Slovakiyanın “Slovan” klubunda çıxış edən müdafiəçi Menti Abena ilə də eyni şərtlərlə anlaşıb/Report.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”da çıxış edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR