Qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər

img

02-01-2023 [10:56]


Bir neçə iranlı futbolçu şənbə günü Tehranda həbs edilib.

“Tasnim” agentliyi xəbər verir ki, onlar qadınların da olduğu Yeni il gecəsində içki içiblər.

Bildirilib ki, futbolçular, onların arasında Tehranın böyük futbol klublarından birinin keçmiş oyunçusu da olub, ötən gecə Dəmavənd şəhərində qarışıq şənlikdə həbs ediliblər.

Bəzi futbolçuların “spirtli içki qəbul etdikdən sonra adekvat vəziyyətdə olmadığı” qeyd edilib/Report.

Qeyd edək ki, İran qanunlarına görə, spirtli içkilərin istehlakı və satışı qadağandır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA