Pele vəfat edib

img

29-12-2022 [23:14]


Dünyaca məşhur olan braziliyalı dünya çempionu Pele vəfat edib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Onu da qeyd edək ki, Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR