"O, qurultay yox, mətbəx, çayxana toplantısı olub" - "Mənə dil uzadır, deyir ki..." - PA-nın şöbə müdirindən gərginliyə reaksiya
26-12-2022 [15:45]
Mia.az xəbər verir ki, Ucnoqta.az" baş verən qalmaqal barədə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevaya zəng edib.
O, məsələ ilə bağlı sualı eşitdikdən sonra bunları deyib: "Mən hazırda tədbirdəyəm. Danışa bilmirəm. Bu barədə fikir bildirməyəcəm".
***
Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb.
Mia.az xəbər verir ki, bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb.
Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün İttifaqın hər hansı qurultayı baş tutmayıb.
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudovbəyov Musavat.com-a bildirib ki, o, qurultay yox, mətbəx, çayxana toplantısı olub:
"Bunlar qeyri-qanuni oyunlardır. Bu, Azərbaycan milli kinosuna, onun İttifaqına, kinoçularına qarşı təxribatdır. Orada maraqlar güdən bəzi adamlar iştirak ediblər. Sədr, İdarə Heyəti bilavasitə ya qurultay, ya da konfrans yolu ilə seçilir. Bütün İttifaqın üzvlərinin rəsmi iştirakı ilə bülletenlər paylanılır, toplantı keçirilir və ümumi toplantıda ilk olaraq İttifaqın sədri böyük bir hesabat məruzəsi ilə çıxış edir, həmin məruzə əsasında müzakirələr gedir və qiymətlər verilir. Ondan sonra şəxsi çıxışlar olur və nəhayət sədr və İdarə Heyəti səsvermə yolu ilə seçilir. Bu, 5 ildən bir keçirilməlidir, bizdə isə 8 ildir keçirilmir. Biri deyir pulumuz yoxdur, digəri başqa söz danışır, gülməli şeylər danışırlar. Çünki qorxurlar, bilirlər ki, ümumi qurultay keçirilsə, təsadüfi adamlar orada olmayacaq. Ona görə də hər vasitə ilə müqavimət göstəriblər, yalan danışıblar. Çox təəssüf ki, rəsmi dövlət adamlarının adı ilə alver ediblər. Sədr, katib qeyri-legitimdir. 3-5 nəfərlə sədr seçiblər. İdarə Heyətində olanlardan üçü dünyasını dəyişib, biri isə imtina edərək gedib. İdarə Heyəti də qeyri-legitimdir. Orada iştirak edən 1 üzv mənə dedi ki, gördüm biabırçılıqdır, durub getdim. Bu, biabırçılıq, rüsvayçılıqdır. Onların kinoya aidiyyəti yoxdur. Hətta Mətbuat xidmətinin xəbəri olmadan fərdi şəkildə məlumat yayıblar. İlin sonunda hesabat adıyla yığışıb sədr seçiblər. Sədrin də bir yaş həddi olmalıdır. Şəfiqə Məmmədovanın 78 yaşı var. Mən onlar kimi təsadüfi adam deyiləm, kino adamıyam. Həyatımın 62 ilini kinoya həsr etmişəm. Mən imkan verə bilmərəm bu qarşıdurma, parçalanma davam etsin.
Təxminən 2 ay əvvəl Şəfiqə xanımla görüşüb 2 saata yaxın söhbət etmişdim, qurultay barədə danışmışdıq. Sədri və İdarə Heyətini bilavasitə qurultay seçməlidir. Mən həmişə Oqtay Mirqasımova hörmətlə yanaşmışam. Belə çirkin bir işdə iştirak etməkdən utanmaqdansa, dil uzadır, mənə cavab verir. Deyir ki, pulumuz, imkanımız yoxdur. Onun kinodan xəbəri yoxdur. 80 yaşı var, Azərbaycan dilində danışa bilmir. İnamınız, cəsarətiniz yoxdur, qorxursunuz. Kinoya aid olanlar acından ölür, siz isə kef edirsiniz. Haramınız olsun. Vicdanınız olsun, yaşlı adamlarsınız, axirət haqda düşünün. Qurultay üçün restoran lazım deyil. Bina və zal var. Onlar öz ətraflarından kənara çıxmağa qorxurlar. Kinoya aid olmayanlar özlərindən hoqqa çıxarırlar, su bulandırırlar. Bu qarşıdurmadan özləri üçün istifadə edib kef edirlər. Bu, nə əxlaq, mənəviyyatdır? Bu, kinoya aid olmayanların təxribatı, xəyanətidir. Kinematoqrafçılar İttifaqı sex, yaxud mağazadır?"
Xalq artisti qeyd edib ki, cənab Prezident kinomuzun məhv olmaması üçün həm İttifaqa, həm də kinostudiyaya büdcədən əlavə pul ayırıb:
"Dünyanın heç bir yerində İttifaqa artist rəhbərlik edə bilməz. Belə bir biabırçılıq yoxdur. Bu, şəxsən Ramiz Mehdiyev, Fatma Abdullazadə və Əli Həsənovun birbaşa günahı ucbatından olub. O vaxt Rüstəm İbrahimbəyovun çıxardığı hoqqaya görə qarşıdurma yarandı, özü də aradan çıxdı. İttifaq pis günə qaldı, bizi ordan qovub çıxardılar.
2 nəfər kef edir, o birilər də bir-birinə top-tüfəng atır. Mən kino davası edirəm. Deyiblər ki, guya mənə zəng ediblər, telefonum bağlı olub. Ayıb olsun sizə. Mən İttifaqın 5 metrliyində yaşayıram. İttifaqa bir hücum olan kimi isə məni yada salıb, irəli ötürürlər. Hamısı qaçıb gizlənir. Mən Ədliyyə Nazirliyinə müraciət edirəm. Əgər onlar belə bir təxribatı qeydiyyata alacaqlarsa, mən onları məhkəməyə verəcəm. Dövlət səviyyəsində qurultay keçirilməlidir. Sədr və İdarə Heyəti kino xadimlərinin iştirakı ilə bir yerdə seçilməlidir. Hər iki İttifaq bir yerə gəlməlidir və sədr seçilməlidir.
Şəfiqə xanım mənim tələbə yoldaşımdır. Çətinə düşən kimi ya Ayaz Salayev, ya da mən danışmışam. Şəfiqə Məmmədova hələ mətbuata özünü göstərməyib. O qadının xəbəri yoxdur ki, Şeyx son 20 ildə 4 tammetrajlı ssenari ortaya qoyub, 8 filmdə baş rola çəkilib. Onun kinostudiyadan xəbəri yoxdur. Öz kefini çəkir, lazım gələndə rəsmilərin adından istifadə edir ki, mənim arxamda filankəs dayanıb. Bizim 80 yaşımız var. İttifaq onluq, artistlik deyil".
Musavat.com
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal