Hikmət Hacıyev Baydenin müşaviri ilə telefonda danışdı: "Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”

img

22-12-2022 [21:26]


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.

Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviterdə paylaşım edib:

“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim.

Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir. Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR