Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-12-2022 [00:05]
Qoç - günün ilk yarısında qeyri-standart, hətta emosional ideyalar yarana bilər. Çoxdan bəri həllini tələb edən mürəkkəb problemi çözməyə başlayın. Çətin və yarımçıq işi tamamlayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə başağrısına səbəb problemlər yarana bilər. Sürəkli mübahisələr hamı üçün sərfəli həll variantını əldə etməyə mane olacaq. Əzmkar və qətiyyətli olun, mövqelərinizdən geri çəkilməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Buğa - bütün mühüm işləri günün ilk yarısında görmək gərəkdir. İşgüzar danışıqlar, müzakirələr, məsləhətləşmələr və rəhbərliklə problemin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. İroniya ilə tanışmayın. Eqoist və təkəbbürlü olmayın.
Günün ikinci yarısında "söz davası"na qatılmayın. Müstəqil, təkbaşına çalışın. Axşam saatlarını vurnuxmadan, vurhavurdan uzaqda keçirin. Sevdiyiniz insan sizə dəstək olacaq. İzafi tənqidlərə və iradlara yol verməyin.
Əkizlər - günün ilk yarısı işgüzar yazışma, rəhbərlik təmaslar və tərəfdaşlarla ünsiyyət üçün əlverişlidir. Həmkarlarınız mövqeyinizi anlayacaq, fikirlərinizi bölüşəcəklər. Aktiv olun, süstlüyə qapılmayın.
Günün ikinci yarısında maliyyə vəsaitinizə yaxşı nəzarət edin. Saatlar keçdikcə enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Ağır fiziki iş görməyin.
Yaxınlarınızla söhbət əsnasında qəti qərar verməyə tələsməyin. Barışıq üçün yollar arayıb kompromisə meylli olun. Axşam saatlarında ev işləri ilə məşğul olmaq mümkündür.
Xərçəng - günün ilk yarısında planlarınızı təftiş edin. İşgüzar səfər xeyir verə bilər. Bütün işlərə eyni vaxtda başlamayın. Belədə uğur qazanmayacaqsınız. Düşünülməmiş qərarlar və tələsik əməllər başağrısı, depressiya yarada bilər. Günün ikinci yarısında inandığınız insanla mühüm məsələni müzakirə etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Onlarla danışın, aktiv ünsiyyətdə olun. Alış-verişdə simiclik etməyin.
Şir - yaşam arealında yeniliklər etmək üçün münasib zamandır. Daşınmaz əmlakla bağlı məsələləri uğurla həll etmək olar. Fəaliyyət sahənizi dəyişmək istəyirsinizsə və ya yeni iş yeri barədə düşünürsünüzsə, tələsik qərar verməyin. Məişətdə ehtiyatlı olun.
Günün ikinci yarısında ifrat enerji fəsadlar yarada bilər. Nəyisə sındırmaq, qırmaq riski var. Ailədəki mühiti yaxşılaşdırın. Ev işlərini vaxtında yerinə yetirin. Yaxınlarınızla ünsiyyətlə temperamentli, emosional olmayın.
Qız - iradəli, qətiyyətli və əzmkar olun. Uğur əldə edəcəksiniz. Situasiya sərfəlidir, bundan yararlanın. Əldə etdiyiniz informasiya minimum səviyyədə olsa belə, səhih taktika hazırlayın. Az sonra həyata keçirə biləcəyiniz planlar qurun. Sövdələşmə və anlaşmalar gəlir gətirəcək.
Günün ikinci yarısında dəyərli hədiyyə almağınız istisna deyil. Dəvət aldığınız tədbirlərə qatılın. Diqqət mərkəzində olacaq, təriflər eşidəcəksiniz. Hər deyilən sözə inanmayın.
Tərəzi - günün ilk yarısı anlaşma və müqavilələrin imzalanması, yeni sifarişin qəbul olunması üçün əlverişlidir. Pullarınızı sərfəli şəkildə yatıra bilərsiniz. Sənədlərlə məşğul olun, hüquqi problemi həll edin.
Günün ikinci yarısı maliyyə məsələlərinin çözülməsi üçün əlverişlidir. İzafi risk etməyin.
Maraqlandığınız insanla davranışda ekstravaqant olmayın. Mənasız xərclərə yol verməyin. Bədxərclik sonradan peşmançılıq hissi yarada bilər. Axşam saatlarında normal istirahət edin.
Əqrəb - günün ilk yarısında çox riskli təsir bağışlayan işi və ya layihəni reallaşdıra bilərsiniz. Diqqətli və sayıq olsanız, yarımçıq işləri başa vura bilərsiniz. Ehtiyatlı davranın, şansı dəyərləndirmək üçün çılğın qərarlar qəbul etməyin.
Günün ikinci yarısında işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. Problemlərin həllinə yaradıcı yanaşın. Yaxınlarınızla bağlı nigaranlıq uzaqda olan qohumunuzla danışmaq istəyi yarana bilər.
Oxatan - gəlirlərin artırılması, münasibətlərin normaya salınması, yarımçıq işlərin başa çatdırılması üçün əlverişli zamandır.
Sadə və təvazökar olun. Uğurlarınızla qürrələnməyin, eqoist davranmayın. Diqqət mərkəzində olmağa can atmayın. Kölgədə nə qədər çox qalsanız, bir o qədər yaxşıdır. Əldə olunan zəfərləri axşam saatlarında da qeyd etmək olar. Günün ikinci yarısında yaxınlarınızın ehtiyaclarının ödənməsinə külli miqdarda vəsait sərf etməli olacaqsınız. Xərclərə fikir verin. Axşam saatlarında köhnə dostlarla bir araya gəlin. Romantik görüş istisna deyil.
Oğlaq - günün ilk yarısında işlərdə ciddi irəliləyiş ola bilər. Sərfəli anlaşmaya nail olmaq, yeni işgüzar tərəfdaşlar tapmaq imkanları var. Həmkarlarla müzakirələr apararaq qarşılıqlı yardımlara nail ola bilərsiniz.
İradəli və qətiyyətli davranaraq yaxın ətrafınızdakı insanlar arasında nüfuzunuzu artırın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə pozitiv yeniliklər olacaq. Qarşılıqlı rəğbət hissləri sevdiyiniz insanla təmasları daha rəvan edəcək.
Subaysınızsa, axtardığınız insanla axşam saatlarında qarşılaşa bilərsiniz.
Dolça - günün ilk yarısında mühüm işləri unutmayın. Plan çərçivəsində hərəkət edin. Diqqətli olun. Hətta yaddan çıxarılmış və unudulmuş mobil telefon belə, problemlər yarada bilər.
Günün ikinci yarısında planlarda dəyişikliklər gərəkdir. Belədə işlərin uğurla başa çatdırılma şansları artır. Şəxsi münasibətlərdə diqqətli olun. Ailədəki xoş mühiti qorumaq üçün səmimi, qayğıkeş olun. Saatlar keçdikcə dözümünüz sınağa çəkiləcək. Axşam saatlarında qısqanclıq və ya paxıllıqla qarşılaşa bilərsiniz.
Balıqlar - həmkarlar, işgüzar tərəfdaşlar və şəriklərlə birgə fəaliyyət üçün əlverişli gündür. Yeni tanışlıq istisna deyil. Uzaqdan yaxşı xəbərlər ala bilərsiniz.
Daha təcrübəli insandan məsləhətlər almaqdan çəkinməyin.
Günün ikinci yarısında yaxınlarınızdan hədiyyə və ya xoş sürpriz ala bilərsiniz. Axşam saatlarını sevdiyiniz insanla keçirin. Sakit, xoş, rahat mühitdə istirahət etməyə çalışın.
Milli.Az
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?
Həqiqi hərbi xidmət dövrü ilə bağlı qanun dəyişir - Detallar
Aparıcı müğənnidən 102-yə şikayət edib - Efirdə qalmaqal