Vüqar Rəhimzadə: "Ölkəmiz Avropanın yaşıl enerji təchizatçısına çevrilir"
19-12-2022 [18:15]
“Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazanıb. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqət çəkir. Arxada qalan hər il bu sektorda mühüm hadisə ilə yadda qalır. Artıq son günlərini yaşadığımız 2022-ci ildə bu istiqamətdə atılan addımlar xüsusilə təqdirəlayiqdir. Bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan enerji tərəfdaşlarını Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada bir araya gətirdi. Şuşada bərpa olunan enerji sahəsində imzalanan müqavilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” sektorunun böyük potensiala malik olduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyev azad Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. İyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmiz ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı və həmin sənədin icrasına artıq başlanılıb. Dekabrın 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Romqaz” 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Bütün bunlar əyani şəkildə təsdiq edir ki, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında oynadığı rolun aydın ifadəsini yaradır.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin sözügedən Sazişin imzalanması mərasimindəki çıxışı Azərbaycanın enerji sektorunun gələcəyi barədə aydın təsəvvür yaradır. “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır” söyləyən ölkə Prezidenti diqqəti bu statistik rəqəmlərə yönəltdi. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Ölkəmiz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir: “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlər ilə enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Quruma üzv olan dövlətlərin üçdə biri ilə Azərbaycan enerji sektorunda əməkdaşlığa dair Memorandum imzalayıb. Bugünkü uğurlarımız müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Ümummilli Liderin ölkə iqtisadiyyatının inkişafında neft amilinə yüksək dəyər verməsi uzaqgörən siyasətinin göstəricisidir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəni təmin etmək məqsədilə gündəmə gətirilən enerji layihələrinin uğurlu icrası bu gün ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması ölkəmizin bugününə və gələcəyinə olan inamın aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyevin Buxarestdə Sazişin imzalanması mərasimində söylədiyi “Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır” fikirləri də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında roluna, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq salır.”
Son illər ərzində Azərbaycanda yaşıl enerjinin inkişafı baxımından mühüm addımların atıldığını diqqətə çatdıran Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi və bu sənəd ölkəmizdə yaşıl enerji istehsalının genişləndirilməsi məsələsinin prioritet olduğunu bir daha ortaya qoydu: “Belə ki, növbəti onillikdə reallaşdırılacaq prioritetlər sırasında təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» əsas yer tutur. Bu çağırış səsləndirilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı. Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiya”ların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, qarşıya qoyulan hədəflər hər zaman səylərin birləşdirilməsini bir zərurət kimi ortaya qoyur: “Əsrin müqaviləsi”nin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin dünya təcrübəsinə istinadən söylədiyi bu fikir də məqsədə nail olmağı şərtləndirən amillərə işıq salır. Ümummilli Lider bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Regional əməkdaşlıqda əhəmiyyətli rol oynayan BTC və BTƏ neft-qaz layihələrinin, onun ardınca çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin reallığa çevrilməsi də iştirakçı dövlətlərin birgə səylərinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin Buxarestdə sözügedən Sazişin imzalanması mərasimində “Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər” çağırışı da deyilənlərin təsdiqidir.”
Vüqar Rəhimzadə Azərbaycanın bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə hədəflərə zamanında nail olmağa əsas verir.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"