ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir

img

09-02-2026 [09:05]


Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (əvvəlki adı "Azərsu" ASC) sədr təyinatına hazırlıq gedir.

Mia.az-ın əldə etdiyi məlumata görə, 25 sentyabr 2024-cü ildə İstanbulda ürəkdən əməliyyatı zamanı vəfat edən Xidmət rəhbəri Köçərli Həsənovdan sonra sözügedən xidmətin sədri vəzifəsinin icraçısı Tahir Xəlilovu qurumun tabeliyindəki 1.423.420 manatlıq Nizamnamə kapitalı ilə fəaliyyət göstərən və bütün iri tender layihələrini icra edən “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Orxan İmanlı əvəzləyəcək.

Məlumata görə,Agentlik sədri Zaur Mikayılova, daha dəqiqi, qudası, ADSEA-nın Aparat rəhbəri Fuad Quliyevə birbaşa bağlılığı Orxan İmanlının təqdimatının verilməsində müstəsna rol oynayıb: "O, çox tezliklə Xidmət sədri təyin ediləcək".

Xəbərdə o da deyilir ki, Orxan İmanlı və yaxın dostlarına məxsus MMC-lər də xidmətin tenderlərində aktivlik edirlər(Bu barədə ayrıca yazı olacaq).

P.S. Təxminən 1 il 4 aylıq fəaliyyəti dövründə Tahir Xəlilovun təkcə Gəncə Su-Kanal İdarəsində neçə qohumunu vəzifəyə yerləşdirməsi barədə ayrıca yazımız olacaq!

E.ARAZ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA