AFFA bu klub və oyunçulara yeni cəzalar kəsib - SİYAHI

img

15-12-2022 [15:45]


AFFA-nın İntizam Komitəsi klub və oyunçulara yeni cəzalar kəsib.

Mia.az həmin qərarları təqdim edir:

"09.12.2022-ci il tarixində Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).

09.12.2022-ci il tarixində Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Səbail” – “Sabah” oyununda “Sabah” komandasının 94 nömrəli futbolçusu Nicat Mehbaliyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).

09.12.2022-ci il tarixində Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Səbail” – “Sabah” oyununda “Sabah” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.).

11.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Araz-Naxçıvan” – “Neftçi-2”  oyununda “Neftçi-2” komandasının 7 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39.).

11.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Araz-Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 83 nömrəli futbolçusu Ülvü Mədətov oyunun 58-ci dəqiqəsində təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın və klub 320 manat cərimə edilsin (maddə 41.3).

11.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Araz-Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılsın və klub 400 manat cərimə edilsin (maddə 41.4).

11.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Araz-Naxçıvan” – “Neftçi-2” oyununda “Araz Naxçıvan” komandasının 52 nömrəli futbolçusu Emil Bayramov oyunun 90+5-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2).

11.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Araz-Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 57 nömrəli futbolçusu Bahadur Quliyev oyunun 90+6-cı dəqiqəsində söz və hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2).

11.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Araz-Naxçıvan” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 84 nömrəli futbolçusu Hüseyn Babayev oyundan sonra söz və hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2).

11.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Araz-Naxçıvan” – “Neftçi-2” oyununda “Araz Naxçıvan” komandasının 1 nömrəli futbolçusu Vüsal Şabanov oyundan sonra təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın və klub 160 manat cərimə edilsin (maddə 41.1).
 
10.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39.).

10.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədov 62-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 160 manat cərimə edilsin (maddə 37.1).

10.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin təhqir edilməsinə görə “Mingəçevir” klubu 400 manat cərimə edilsin. (maddə 41.7).

10.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununda Tibbi Təcili Yardım maşınının gecikməsinə görə “Turan Tovuz-2” klubu 160 manat cərimə edilsin. (maddə 59.4).

10.12.2022-ci il tarixində I Divizionun XIV turunun “Zirə-2” – “İmişli”  oyununda polis əməkdaşının oyun öncəsi iclasa gecikməsinə görə 40 manat cərimə edilsin. (maddə 62.2).

11.12.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın IX turunun “Flaqman” – “Metropoliten” oyununda “Metropoliten” komandasının oyunçusu Teymur Nəsibov oyunun 13:21 dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).

11.12.2022-ci il tarixində Futzal üzrə İkinci Liqanın IX turunun “Baku Fire-3” – “Timsport” oyununda “Timsport” komandasının oyunçusu Quliyev Fərid oyunun 29:58 dəqiqəsində ikinci sarı vərəqə, nəticədə qırmızı vərəqə alandan sonra hakimlərə qarşı davamlı təhqir edici hərəkətlər və nalayiq ifadələr işlətdiyinə, zalı tərk etməkdən imtina etdiyinə və buna görə oyunun 3 dəqiqə gec bərpa olunmasına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3).

10.12.2022-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Neftçi” PFK – “Gömrükçü” FK  oyunun “Gömrükçü” komandasının 4 nömrəli oyunçusu Nurlanə Quluzadə oyunun 90-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə (nəticədə qırmızı vərəqə) alaraq kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.2).

10 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Qala” (Şəmkir)- “Göygöl” oyununda “Göygöl” komandasının heyətində 4 nömrəli futbolçu Rafik Məmmədzadə oyunun 62-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın. (maddə 41.3).

10 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Qala” (Şəmkir)- “Göygöl” oyununda “Göygöl” komandasının 13 nömrəli futbolçusu Araz Mansurov oyunun 62-ci dəqiqəsində hakimi təhqir etdiyinə, meydandan çıxdıqdan sonra hakimi təhqir etməyə davam etdiyinə və hakimi itələdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın. (maddə 41.3).

11 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Qusar” FK - “Mübariz” oyununda “Mübariz” komandasının heyətində 3 nömrəli futbolçu Laçın İsmayılzadə oyunun 68-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın. (maddə 41.3).

10 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Ağsu-06” – “Ağsu Siti” oyununda “Ağsu Siti” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyun keçirilməməsi səbəbindən “Ağsu Siti” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1).

11 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Şirvanovka” – “Bakı Atletik” oyununda “Bakı Atletik” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyun keçirilməməsi səbəbindən “Bakı Atletik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1).

11 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Dirçəliş” – “Rekord” oyununda “Dirçəliş” komandasının heyətində 9 nömrəli futbolçu Pərviz Əliyev oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılsın. (maddə 38.1).

11 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Dirçəliş” – “Rekord” oyununda “Rekord” komandasının 22 nömrəli  futbolçusu Ramiz Qasımov oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılsın. (maddə 38.1).

11 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Dirçəliş” – “Rekord” oyununda “Rekord” komandasının 18 nömrəli futbolçusu Əli Mustafayev oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılsın. (maddə 38.1).

8 dekabr 2022-ci il tarixində AFFA Gənclər Liqasının “Sabah” – “Səbail” oyununda “Sabah” komandasının 15 nömrəli futbolçusu Hüseyn Məmmədzadə oyunun 85-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın. (maddə 41.3).

8 dekabr 2022-ci il tarixində AFFA Gənclər Liqasının “Sabah” – “Səbail” oyununda “Səbail” komandasının heyətində 3 nömrəli Cavid Yadullayev oyunun 85-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).

27 noyabr 2022-ci il tarixində AFFA Region Liqasının “Şərur” – “Batabat” (Şahbuz) oyununda “Batabat” (Şahbuz) komandasının 4 nömrəli futbolçusu Musa Haqverdiyev oyunun 64-cü dəqiqəsində qeyri idman hərəkətinə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).

4 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Batabat” – “Sədərək” oyununda “Sədərək” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Sədərək” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1).

10 dekabr 2022-ci il tarixində AFFA Region Liqasının “Sədərək” – “Əlincə” oyununun 1-ci hissəsi 0:10 hesabı ilə bitdikdən sonra “Sədərək” komandası oyunun 2-ci hissəsinə çıxmadığına görə oyun bitmədiyi üçün Sədərək klubuna 0:10 hesabı ilə məğlubiyyət verilsin.

9 dekabr 2022-ci il tarixində AFFA U-16 Liqasının “Şamaxı” – “Səbail” oyununda “Şamaxı” komandasının 4 nömrəli futbolçusu Cavid Məlikov oyunun 69-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).

11 dekabr 2022-ci il tarixində AFFA U-15 Liqasının “Neftçi” PFK - “Sumqayıt” oyununda “Neftçi” PFK-nın baş məşqçisi Eldəniz Məmmədov oyunun 60-cı dəqiqəsində meydana daxil olaraq köməkçi hakimə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 41.4).

11 dekabr 2022-ci il tarixində AFFA U-15 Liqasının İCBFA – “Zaqatala” oyununda İCBFA komandasının 10 nömrəli futbolçusu Adəm İmaməliyev oyunun 56-cı dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).

11 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasının “Qazax Gənclər” –“Çinar” oyununda “Çinar” komandasının 12 nömrəli futbolçusu Asif İbrahimov oyunun 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).

11 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasının “Səbail” – “Leon Baku” oyununda “Leon Baku” komandasının 66 nömrəli  futbolçusu Tahir Nadirli oyunun 68-ci dəqiqəsində qeyri idman hərəkətinə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).

11 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının “Sahil” FA – “Dortmund Bakı” oyununda “Dortmund Bakı” klubunun heyətində yetərsay olmadığı üçün baş tutmamağına görə “Dortmund Bakı” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin. (maddə 55.1).

10 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının “Astara” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Xan Lənkəran” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1).

10 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının “Quba Olimpiya Kompleksi” – UGİM (Siyəzən) oyununda “Quba Olimpiya Kompleksi” komandasının baş məşqçisi Emin Əmiraslanov oyunun 24-cü dəqiqəsində meydana daxil olaraq hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 41.4).

10 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının “Azart” – “Səbail” oyununda “Azart” komandanın 10 nömrəli futbolçusu Nicat Ağakişiyev oyunun bitdikdən sonra rəqibi ilə dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 38.1).

10 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının “Azart” – “Səbail” oyununda “Səbail” komandasının 10 nömrəli futbolçusu Çingiz Məmmədov rəqibi ilə dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 38.1).

10 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının EFA – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının baş məşqçi köməkçisi Alim Qurbanov  oyununun 30-cu dəqiqəsində meydana daxil olaraq oyunun rəsmi şəxslərini, baş hakimin şərəf və ləyaqətini təhqir etdiyi, hakimin üstünə tüpürdüyü üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın. (maddə 41.4).

10 dekabr 2022-ci il tarixində AFFA U-13 Liqasının EFA – “Neftçi” PFK oyununda “Neftçi” azarkeşləri tərəfindən oyun zamanı və oyun bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqirlər işlədilməsinə görə “Neftçi” klubu növbəti 2 oyunu azarkeşsiz keçirsin.

10 dekabr 2022-ci il tarixində AFFA U-12 Liqasının “Şəmkir” FK – “Qazax Gənclər” oyununda “Qazax Gənclər” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Qazax Gənclər” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1).

10 dekabr 2022-ci il tarixində AFFA U-12 Liqasının “Hil” (Qusar) – “Xaçmaz OK” oyununda “Hil” (Qusar) klubunun heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamağına görə “Hil” (Qusar) komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin. (maddə 55.1).

11 dekabr 2022-ci il tarixində AFFA U-12 Liqasının “Çərəkə” – “Kürdəmir Gİİ” oyununda “Kürdəmir Gİİ” komandasının baş məşqçisi Əfrayıl Həşimov oyununun 47-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 41.4).

11 dekabr 2022-ci il tarixində AFFA U-12 Liqasının “Baku Sportinq” FK – ROFM oyununda ROFM komandasının baş məşqçisi Pərviz Gözəlov  oyununun 7-ci dəqiqəsində texniki zona qaydalarını pozub hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın. (maddə 41.4).

10 dekabr 2022-ci il tarixində AFFA U-11 Liqasının UGİM (Şabran) – UGİM (Siyəzən) oyununda UGİM (Şabran) klubunun heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamağına görə UGİM (Şabran) komandasına 0:3 hesabı ilə məğlubiyyət verilsin. (maddə 55.1).

10 dekabr 2022-ci il tarixində AFFA U-11 Liqasının “Binə” – “Sumqayıt” oyununda “Binə” komandasının baş məşqçisi Məmmədəli Ağatalıbov oyununun 24-cü dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın. (maddə 41.4)."


Digər xəbərlər
SON XƏBƏRLƏR