Azərbaycan Avstraliya şirkəti ilə Çərçivə Müqaviləsi imzalayıb
15-12-2022 [17:48]
Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb.
Mia.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycanla “Fortescue Future Industries” şirkətinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verən Çərçivə Müqaviləsinin imzalanma mərasimi onlayn formatda keçirilib.
Müqavilə Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu müqavilənin strateji əsasını Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir: “Beş Milli Prioritetindən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya bu Müqavilə ilə üst-üstə düşən hədəflər qoyur. Həmçinin bu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış və Azərbaycan ilə Avropa İttifaqı arasında “yaşıl enerji” dəhlizi üçün aydın şəkildə zəmin yaradan Anlaşma Memorandumu xüsusi vurğulanmalıdır”.
Nazir onu da əlavə edib ki, son dövrdə beynəlxalq enerji şirkətləri ilə bərpa olunan enerji üzrə irimiqyaslı istehsal güclərinin yaradılması və “yaşıl enerji”nin ixracı istiqamətində ardıcıl strateji əhəmiyyətli addımlar atılır: “Nəticədə Azərbaycan “yaşıl enerji” ölkəsinə transformasiya olunmaqla bərabər Avropa İttifaqı üçün neft, təbii qazdan sonra bərpaolunan enerji və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. "Fortescue Future Industries" şirkəti ilə əməkdaşlığımızın tərəfdaş ölkələrin enerji təhlükəsizliyi və enerji keçidinə töhfə verəcəyinə inanırıq.”
“Fortescue Future Industries” şirkətinin sədri və təsisçisi Endrü Forest deyib: “Bu günə qədər Azərbaycan hökuməti ilə apardığımız müzakirələr son dərəcə müsbət olub və bu Çərçivə Müqaviləsinin bu gün imzalanması mövcud tərəfdaşlıq üçün güclü potensialı bir daha nümayiş etdirir. Biz dünyanın hər yerində iqlim dəyişikliyinin fəlakətli təsirlərini görürük və bilirik ki, “yaşıl hidrogen” bu təsirlərin aradan qaldırılması istiqamətində inqilab etməyə, ağır sənayeni karbonsuzlaşdırmağa və iş yerlərinin yaradılmasına kömək edə biləcək praktik həll yoludur. Azərbaycan tarixən neft və qaz ölkəsi olsa da, Avropa ölkələrinə “yaşıl enerji”nin təchiz edilməsində strateji mövqeyinə görə “yaşıl sənaye” inqilabına qoşulması üçün yaxşı imkanlara malikdir. Bu gün imzalanmış bu Çərçivə Müqaviləsi” Azərbaycanın hökumətinin 2050-cu ilə qədər ölkənin istixana qazları emissiyalarını 40 faiz azaltmaq kimi iddialı məqsədinə nail olmaq üçün mühüm addımdır”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"