Ərdoğan: ""Dostluq” yatağında türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq"
14-12-2022 [14:19]
"Xəzər dənizindəki “Dostluq” yatağı üzrə türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq".
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.
Ərdoğan Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətinə də toxunub: “Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin önəmi yenidən anlaşıldı. Əsasən Türkiyə olaraq biz bu istiqamətdəki addımları uzun müddət idi ki, atmaqda idik. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Cənub Qaz Dəhlizi bu baxımdan önə çıxmaqdadır. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) onurğa sütununu təşkil etdiyi bu dəhlizlə Xəzər qazını Avropaya daşıyırıq".
Türkiyə Prezidenti vurğulayıb ki, Türkmənistanın təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqlinə yönəlmiş işlərə də başlamağımız lazımdır.
Xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.
SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”na əsasən, “Dostluq” yatağı üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupu fəaliyyət göstərir.
Polis əməliyyatı: 2 nəfər 21 kq narkotiklə saxlanıldı
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi - Bəyanat
Dövlət Xidmətində növbəti dəyişiklik - Daha bir keçmiş MTN-çi idarə rəisi təyin edildi
ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
Sergen Yalçın: "Rəqibin müdafiə xəttini aşa bilmədik"
SPİDLİ - Kəbutər Hakverdinin hekayəsi
İstanbul boğazı gəmilərə qapadıldı
500 minlik saat, xaricdə milyardlıq mülklər və... - Rövnəq Abdullayevin yaxın qohumu barədə sensasiyalı iddialar
Luis Diazdan het-trik - "Bavariya" qalib gəldi
Rusiya ordusu daha iki yaşayış məntəqəsini ələ keçirib - Açıqlama
İRANIN NÜVƏ BOMBASI VAR? - XİN başçısı dünyanı həyəcanlandırdı: "Nüvə bombamız böyük güclərə "yox" demək gücümüzdür"
"İnter" rəqibini 5 qolla məğlub etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ vitse-prezidenti Bakıya gəlir - Bu tarixdə (Yenilənib)
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib