DÇ-2022: Argentina finalda, Xorvatiya 3-cü yer uğrunda "savaşacaq"

img

14-12-2022 [00:54]


Bu gün dünya çempionatında Argentina və Xorvatiya yığmaları üz-üzə gəlib.

Mia.az xəbər verir ki, oyunun 34-cü dəqiqəsində Messi penaltidən hesabı açıb - 1:0

Argentinalı hücumçu Xulian Alvares 39-cu dəqiqədə xorvatların qapısından 2-ci topu keçirib - 2:0

69-cu dəqiqədə isə Argentina daha bir qola imza atıb - 3:0

Oyun bu hesabla bitib.

Beləliklə, Argentina Fransa-Mərakeş oyununun qalibi ilə final oynayacaq.

Xorvatiya isə 3-cü yer uğurunda mübarizə aparacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA