Leyli Ağazadə qızıl medal qazanıb

img

11-12-2022 [18:03]


Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış kuboku" yarışında qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Mia.az-a verilən məlumata görə, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.

Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:21 18.11.2025

Millimiz uduzub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA