DÇ-2022: İngiltərə yarışla vidalaşdı

img

11-12-2022 [00:59]


Dünya çempionatının 1/4 finalında bu gün İngiltərə ilə Fransa yığmaları qarşılaşıb.

Mia.az xəbər verir ki, oyunun 17-ci dəqiqəsində Fransa yığmasından Orelyen Çuamen hesabı açıb - 0:1

54-cü dəqiqədə ingilislər penaltidən hesaba tarazlıq gətirib - 1:1.

 78-ci dəqiqədə Olivye Jiru fransızları yenə önə çıxarıb - 1:2.

83-cü dəqiqədə ingilislər daha bir penalti zərbəsini yerinə yetirə bilməyib. Top qapının üstündən keçib.

Beləliklə, oyun bu hesabla başa çatıb və ingilislər yarışa vida edib.

Xatırladaq ki, Fransa 1/2-də Mərakeşlə qarşılaşacaq.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA