DÇ-2022: Argentina 1/2 finalda!

img

10-12-2022 [01:55]


Dünya çempionatının 1/4 final mərhələsindı Argentina ilə Niderland yığmaları bu gün qarşılaşıb.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayan oyunun 35-ci dəqiqəsində Messsinin ötürməsiylə Nahuel Molina Argentinanı önə çıxarıb - 1:0.

İlk hissə bu hesabla başa çatıb.

72-ci dəqiqədə Messi penaltidən hesabı artırıb - 2:0.

82-ci dəqiqədə hollandlar fərqi azaldıb - 2:1

90+10-cu dəqiqədə hollandlar bərabərliyi təmin ediblər.

Bununla da oyuna 30 dəqiqəlik əlavə edilib. Bu vaxtda da qol vurulmadığından qalib penaltilərlə müəyyənləşib.

Argentina penaltilərdə daha dəqiq olub və 1/2-ə yüksəlib - 4:3

1/2-də Argentinanın rəqibi Xorvatiya olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA