“Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar” adlı elmi-praktik konfrans keçrilib - FOTO
09-12-2022 [15:52]
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Tarix-mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliğində müasir yanaşmalar” adlı elmi-praktiki konfrans keçirilib.
Mia.az xəbər verir ki, qoruğun yaradılmasının 15 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsləri, Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndələri, “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssisəsi, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, həmçinin bölgədə yerləşən qoruqların elmi işçiləri, ekskursiyaçıları, qoruq ərazisində elmi tədqiqat işləri aparmış alimlər, rayon ziyalıları iştirak etmişlər.
Tədbir Ulu Öndər Heydər Əliyevin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsinin ziyarət edilməsi ilə başlanılmış, konfrans iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən muzeylə tanış olmuş, daha sonra isə qonaqlar qoruğa məxsus çap məhsullarından guşə, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış artefaktlardan ibarət arxeoloji sərgi və fraqmentləşmiş halda aşkarlanmış küplərin bərpası prosesi ilə tanış olmuşlar.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov konfransı açıq elan etmişdir. Daha sonra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri Ruslan Ənvərli, Gəncə Regional Destinasiya Menecment Təşkilatının direktor müavini Fariz Qarayev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü, Bakı Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev, Bakı Dövlət Universitetinin filologiya elmləri doktoru Valeh Nəsibov, “Ağstafa Gənclər evi” Sosial Xidmət Müəssəsinin direktoru Nicat Vəkilov, Ağstafa rayon Ə.Hüseynov adına tam orta məktəbin əməkdar tarix müəllimi İndira Səmədova, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, “Qədim Şəmkir şəhəri” tarix-mədəniyyət qoruğunun elmi işçisi Hüseynova Aləmzər və “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçiləri öz məruzələriylə çıxış etmişlər. Konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev qoruğun yaradıldığı gündən etibarən bu günədək keçən 15 il ərzində görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs etmişdir.
Konfransın elmi hissəsi yekunlaşdıqdan sonra konfrans iştirakçıları ekskursiya məqsədilə Damcılı mağara düşərgəsinə səfər etmiş, burada yaponiyalı və azərbaycanlı arxeoloqların birgə apardığı qazıntı ərazisi və qazıntılardan aşkar edilmiş eksponatların sərgisi ilə tanış olmuş, daha sonra konfrans iştirakçıları buradakı “Hərəyə bir ağac əkək” adı altında təşkil edilmiş ağacəkmə kompaniyasına qoşulmuşdurlar. Həmçinin konfrans iştirakçıları Damcılı filialında yerləşən abidələrə ekskursiya etmiş, bu abidələr haqqında qonaqlara ekskursiyaçılar tərəfindən məlumat verilmiş, sualları cavablandırılmışdır.
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib - MÜZAKİRƏ
Ağdərənin 4 kəndinə köç oldu
PREZİDENT BU ŞƏXSLƏRLƏ BAĞLI SƏRƏNCAM VERDİ - Siyahı
Prezident İlham Əliyev sərəncam imzaladı
Səməd Vurğunla bağlı sərəncam imzalandı
İstanbulda "Casperlar"a qarşı əməliyyat: kriminal şəxslərə "məlumat sızdıran" 7 polis qandallandı
Narkomafiya hökumətə vaxt qoydu: "Ya onu buraxın, ya da şəhəri altını üstünə çevirəcəyik"
SABİQ İCRA BAŞÇISININ HƏBSİYLƏ BAĞLI QƏRAR VERİLDİ
Hərbi xidmətlərə könüllü qatılanlar... - Nələr olacaq?