Hesablama Palatası DSMF-dəki auditin materiallarını prokurorluğa göndərib
07-12-2022 [13:09]
Hesablama Palatası 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixinə qədər pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı, digər bölgələrdə eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Baş Prokurorluğa göndərib.
Mia.az Palataya istinadən xəbər verir ki, Palatanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) apardığı audit büdcədənkənar dövlət fondunun gəlir və xərc göstəricilərinin hesabatlarda doğru əks olunması, eləcə də publik hüquqi şəxs qismində vəsaitlərin idarəolunmasına dair fəaliyyətin (pensiya və müavinətlərin təyin edilməsi istisna olmaqla) hüquqi aktlara uyğunluğu vəziyyətini əhatə edib.
2021-ci il üçün Fondun olunmuş gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks etdirilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. Belə ki, Fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblər tam təmin olunmayıb, bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib, DSMF və İşsizlikdən Sığorta Fondu üzrə sair daxilolmaların məbləğinin düzgün uçota alınmaması, elektron informasiya bazalarının aidiyyəti qurumlar tərəfindən tam uyğunlaşdırılmaması və vahid formatın hazırlanması prosesinin yekunlaşdırılmaması hesablanmış faiz və maliyyə sanksiyaları üzrə vergi orqanlarının məlumatları ilə müqayisədə fərq məbləği formalaşdırıb.
Gəlirlərin və xərclərin büdcə prosesini tənzimləyən aktların müəyyən etdiyi qaydada vahid büdcə təsnifatına uyğun şəkildə tərtib və icra olunmaması, eləcə də proqnozlaşdırma prosesində tələb olunan bir çox məlumatların məzmun baxımından təkmil olmaması, xüsusilə icra edilmiş vəsaitlər barədə hesabatlılığın müəyyən edilməməsi, son nəticədə, gəlir və xərclərin icra səviyyəsinə təsir göstərməklə yanaşı ayrılmış vəsaitlərlə bağlı “məqsəd-nəticə” uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb.
2006-2016-cı illər üzrə 1 394 milyon manat vəsaitin sığortaolunanların hesabı ilə eyniləşdirilmədiyi müəyyən olunub, həmin məbləğ 2021-ci ildə bir neçə dəfə azalsa da, ilin sonuna 274,6 milyon manat sığorta haqları sığortaedənlərin hesabat verməməsi səbəbindən sığortaolunanlar üzrə bölüşdürülməyib. Məlumatların müvafiq proqram təminatında real vaxt rejimində yüklənilməsi tam təmin edilməyib, bəzi hallarda isə bu iş gecikmələrlə həyata keçirilib nəticədə 2021-ci il ərzində 40,8 milyon manat sığorta haqqının sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməyib. Ödənilmiş sığorta haqları üzrə sığortaedənlərin natamam hesabat verməsi həmin vəsaitlərin sığortaolunanlar üzrə fərdi hesablarda qeydə alınmaması ilə nəticələnib ki, bu da, sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaedən, sığortaolunan və sığortaçı arasında öhdəliklərin sərhədlərinin müəyyənləşdirilməsi və bu öhdəliklərin icrasına təsir göstərəcək risklər sırasına aid edilə bilər.
Dövlət öhdəliyinin dəqiq müəyyənləşdirilməməsi, həmçinin DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin də büdcə təsnifatı üzrə proqnozlaşdırılaraq icra edilməməsi, son nəticədə, öhdəlik-vəsait-nəticə qarşılıqlı uzlaşmasının təmin olunması, eləcə də, öhdəliyin azaldılması ilə bağlı tədbirlərin nəticəliyinin yüksəldilməsi imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə ilkin şərt olan öhdəliklərin istiqamətlər üzrə məbləğinin dəqiqləşdirilməsi ilə bağlı fəaliyyət də tam başa çatdırılmayıb.
DSMF-nin büdcəsi barədə qanunun 5-ci maddəsi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqlarından daxil olan və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə müəyyən edilmiş tənzimləməyə əməl olunmayıb, büdcə təşkilatlarından daxilolmaların proqnoz və icra göstəricilərinin artıqlaması ilə icra olunması fonunda 2021-ci ildə dövlət büdcəsindən ayrılmalı olan vəsait 6,8 dəfə çox azaldılıb.
Xərclərin ayrı-ayrı istiqamətlər üzrə hesabatlarda doğru əks olunması ilə bağlı toplanmış audit sübutları ilə ümumilikdə istifadə edilmiş vəsaitlərin hesabatlarda doğru əks olunduğu müəyyənləşdirilmiş, bununla yanaşı proqnozların əsaslı şəkildə tərtib edilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən 3 müavinət növü üzrə 18,9 mln. manat məbləğində vəsaitə əlavə tələbatı yarandığı, 26 nəfər pensiyaçıya eyni zamanda 2 yerli orqanın əmək pensiyası ödənişin həyata keçirdiyi, eləcə də 6 nəfər pensiyaçının vəfatından sonrakı dövr üçün vəsait istifadə olunduğu aşkar olunub.
Ödənişi davam etdirilən pensiya işləri üzrə aparılmış seçmələr əsasında 24 rayon (şəhər) üzrə 51 şəxsə 20 aprel 2013-cü il tarixədək təyin olunmuş pensiya təyinatının həyata keçirilməsi zamanı doğum tarixi üzrə məlumatların əks etdirildiyi sənədlərdə düzəlişlərlər olunduğu, bu düzəlişlərlə yaş həddi hüquqi aktların müvafiq tələbinə uyğunlaşdırılmaqla həmin vətəndaşlara pensiya ödənildiyi müəyyənləşdirilib.
DSMF-nin xərclərinin əsasən dövlət-vətəndaş öhdəliklərinin tənzimlənməsi məqsədi daşıdığını diqqətə alsaq, funksional və iqtisadi baxımdan xərclərin, eləcə də gəlirlərin təsnifləşdirilməməsi son nəticədə bu, ödəmə məbləği, həmin məbləğ müqabilində göstərilən xidmətin dəyəri arasında uyğunluğun müəyyənləşdirilməsini çətinləşdirib.
Fondun saxlanması xərclərinin həddi “Əmək pensiyaları haqqında” qanunun idarəetmə xərcləri ilə bağlı tələbinə uyğun olmuşdur. Xərclərin araşdırılması zamanı bəzi hallarda uyğunsuzluqlar aşkar edilib, müqavilə müddətinin hüquqi aktlarla müəyyən olunmuş prosedurların uzadılması cərimələrin hesablanılması ilə bağlı addımların tətbiqini məhdudlaşdırıb.
İctimai sektorun bir tərkib elementi olaraq publik hüquqi şəxs qismində fəaliyyət göstərən Fondun konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi prosesini yekunlaşdırmaması Fondun maliyyə vəziyyətinin müəyyənləşdirilməsinə şərait yaratmayıb, eləcə də əsas vəsaitlərinin uçotunun düzgün aparılmaması və əvəzsiz verilməsinin hüquqi taktların tələbələrinə uyğun həyata keçirilməməsi aktivlərin hesabatlılığında uyğunsuzluqlara səbəb olub.
Auditorun məhdud əminlik səviyyəsində təsdiq etdiyi xərc istiqamətləri üzrə fəaliyyətinin, Fondun aparatın saxlanılması xərcləri və daxili nəzarət sisteminin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla, qüvvədə olan hüquqi aktlara əsasən uyğun olması barədə rəy təqdim edilib.
Qəbul edilmiş Kollegiya qərarında pensiya və müavinətlərin ödənilməsi istiqamətində nöqsanlar üzrə ümumilikdə 36,7 min manat vəsaitin bərpa edildiyi nəzərə alınıb, bu istiqamətdə 38,3 min manat artıq, 19 pensiyaçı üzrə 18 min manat əskik, həmçinin 115 pensiyaçı üzrə fərdi uçot məlumatlarında dəqiqləşmələr aparılaraq artıq və ya əskik ödəmələr müəyyənləşdirilmiş hallar üzrə vəsaitin, eləcə də bəzi müqavilələr üzrə 34,3 min manat çatışmazlıq məbləğinin bərpasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"