Azərbaycan-Türkiyə hərbçiləri "Qardaş yumruğu" təlimində: hərbçilər gecə tapşırıqlarını belə icra edib - VİDEO

img

06-12-2022 [10:00]


Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA