Təşkilat sədrinin oğlu qəzada ölüb

img

12-01-2026 [10:37]


Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində baş vermiş qəzada yaralanan gənc vəfat edib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı “Chevrolet” markalı avtomobillə “Toyota” toqquşub.

Nəticədə “Chevrolet”in xəsarət alan 26 yaşlı sürücüsü Rəfa Rizvan oğlu Ağalı yerləşdirildiyi xəstəxanada ölüb.

Qeyd edək ki, mərhum Müsavat partiyasının Oğuz rayon təşkilatının sədri Rizvan Ağayevin oğludur.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA