Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib

img

02-12-2022 [15:20]


Ermənistan parlamenti müxalifətin Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib.

“Sputnik Armenia” xəbər verir ki, müxalif “Hayastan” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.

Digərləri isə bitərəf qalıb.

Səsvermədən əvvəl iqtidar və müxalifət arasında üç saatlıq danışıqlar prosesi baş tutub və gərgin müzakirələr aparılıb.

Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim fraksiyanın xoşuna gəlməyib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. İclasda müxalif “Hayastan” blokunun təklifi ilə noyabrın əvvəllərində Azərbaycan parlamentinin qəbul etdiyi sənədə cavab olaraq bəyanatın qəbul edilməsi təklif olunub./APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA