Prezident daha iki sazişi təsdiqlədi

img

01-12-2022 [15:36]


Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib.

Mia.az xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” sazişlərin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, hər iki sənəd bu ilin oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA