NATO hərbçiləri Azərbaycanda hərbi hissəyə baş çəkiblər - FOTOLAR

img

23-11-2022 [17:24]


“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri noyabrın 23-də "N" hərbi hissəsinə baş çəkiblər və döyüş texnikası ilə tanış olublar.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan-NATO əlaqələri, hərbi hissənin fəaliyyəti və təlim mərkəzləri, eləcə də şəxsi heyətin hazırlıq prosesi haqqında brifinq təqdim olunub.

Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri tərəfindən müxtəlif mövzularda brifinqlər verilib.

Brifinqlərin təqdimatından sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Daha sonra nümayəndə heyəti hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda qonaqlar hərbi hissədə hərbi qulluqçular üçün yaradılan xidməti şərait və silahlanmada olan döyüş texnikası ilə tanış olublar.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA