Belarusun 22 rəsmisi ilə 16 şirkətinə sanksiya tətbiq olunub

img

22-11-2022 [15:33]


Kanada Belarusun 22 rəsmisinə və 16 şirkətinə sanksiya tətbiq edib.

“Reuters” xəbər verir ki, bu barədə Kanada XİN-dən bildirilib.

"Qara siyahı"ya salınan şəxslərin Ukraynadakı müharibə ilə əlaqəli olduqları vurğulanıb. Onların arasında müharibə zamanı Rusiya texnikasının yerləşdirilməsi və daşınmasında iştirak edənlər də var.

Məlumata görə, məhdudiyyətlərdən təsirlənəcək şirkətlər hərbi istehsal, mühəndislik, texnologiya, dəmir yolu daşımaları və bankçılıq sahələrinə aiddir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA