Bakıda köhnə avtomobillər ucuzlaşıb
14-11-2022 [17:48]
Ötən ay Bakının avtomobil bazarında sentyabr ayı ilə müqayisədə qiymətlərdə kəskin dəyişiklik müşahidə edilməyib.
Mia.az-ın məlumatına görə, bu barədə “Report”a açıqlamasında “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev deyib.
O, ay ərzində bəzi avtomobil modellərinin ucuzlaşdığını bildirib:
“Yeni avtomobillərin qiymətində artım yoxdur. Hətta bəzi avtomobil salonlarında kampaniyalar təklif edilir, avtomobil satışı və servis qiymətlərində endirimlər olur. Elektromobillərlə bağlı gömrük rüsumu ləğv edildiyinə görə yəqin ki, gələn aydan bu avtomobillər də ucuzlaşacaq.
Mühərrik həcmi böyük olan "ikinci əl" avtomobillərin qiyməti enib. Məsələn, əvvəllər mühərrik həcmi 4 400 kubsantimetr, ili 2007-ci il olan avtomobillərin qiyməti 25 min manata idisə, indi onlar 22-23 min manata satılır. 2006, 2007, 2008-ci illərdə istehsal olunmuş ekonom klass avtomobillərin də qiymətində bir qədər azalmalar var. Amma 2012-2013-cü illərdə istehsal olunmuş "ikinci əl" avtomobillərin qiymətində 500-1 000 manat arası artım var. Ümumi götürsək, ötən ay "ikinci əl" avtomobillərin ucuzlaşdığını deyə bilərik".
E.Əliyev ötən ay avtomobil satışlarının qənaətbəxş olduğunu qeyd edib:
“Sentyabr ayı ilə müqayisədə oktyabrda təzə avtomobillərin satış həcmi artıb. "İkinci əl" avtomobil bazarında isə bir az durğunluq yaranıb. "İkinci əl" avtomobil almaq istəyənlər əsasən qiyməti 10-20 min manat olan avtomobillərə üstünlük verir. Həmin şəxslər elektromobil və hibridlərə güzəştlərin tətbiq edildiyinə gördükcə, belə güzəştlərin digər avtomobil modellərinə də şamil ediləcəyini düşünürlər. Ona görə də maşın almaq fikrindən müvəqqəti daşınır və gözləmə mövqeyi tuturlar. Digər tərəfdən, "Aİ-95" markalı benzinin qiymətinin yüksək olması mühərrik həcmi böyük olan avtomobillərin satışına mənfi təsir edir. Əvvəllər "ikinci əl" avtomobil bazarında Rusiyada istehsal olunmuş avtomobillərin satışı üstünlük təşkil edirdi. İndi Rusiyada baş verən məlum hadisələr fonunda vətəndaşlarımız Rusiyada istehsal olunan avtomobilləri almaqdan ehtiyat edirlər. Onlar düşünür ki, bu avtomobilləri alsalar, gələcəkdə ehtiyat hissələrini tapmaqda çətinlik çəkə bilərlər. Bu səbəblərə görə, "ikinci əl" avtomobil bazarında satışlar bir qədər ləngiyir. Ümumilikdə isə bazarda vəziyyət yaxşıdır”.
Müsahibimizin sözlərinə görə, artıq alıcılar köhnə avtomobilləri almaqdan imtina edir:
“Sevindirici haldır ki, vətəndaşlarımız artıq maariflənib və ölkəyə gətirilən "ikinci əl" avtomobillərin qəzalı, nasaz avtomobillər olduğunu bilirlər. Nəticədə onlardan imtina edir və yeni avtomobillərə üz tuturlar. Həmin köhnə avtomobillərin satışı azaldığına görə, qarşıdakı aylarda onların ölkəyə gətitirlməsinin də azaldığını görəcəyik.
Bizdə krossoverlərə tələbat daha çoxdur. Nədənsə, biz hündür maşını daha sanballı hesab edirik. Qiyməti 30-50 min manat arasında olan avtomobillərdən ən çox satılanları krossoverlərdir. Ekonom klass avtomobillər arasında isə heçbeklərə daha çox üstünlük verilir. Mühərrik həcmi 1 400, 1 500, 1 600 kubsantimetr olan avtomobillərə də tələbat var. Bunları sürənlər əsasən taksi fəaliyyəti göstərənlərdir”.
E.Əliyev əlavə edib ki, müştərilər avtomobil seçərkən onun ehtiyat hissəsinin tez tapılan olması, baha olmaması, həmin avtomobilin servis mərkəzindən kənarda ustasının tapılması və servis mərkəzlərində yüksək səvyyədə xidmət göstərilməsi kimi məsələləri göz önündə tuturlar.
Tramp İranı yenə hədələdi: "Mən bunu arzulamıram, lakin..."
Müdafiə naziri: "Putin bizi döyüş meydanında məğlub edə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ hərbçiləri geri çəkildi - Suriya ordusu bazaya girdi
"Neftçi" və "Qarabağ" komandalarının oyunu təxirə salınıb
UEFA Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli olub
Türkiyə kəşfiyyatının rəhbəri Liviyada - Baş nazirlə görüş olub
"Qalatasaray" prezidenti: "İkardi bizim üçün çox dəyərli oyunçudur"
Ərdoğan parlamentdəki davaya qəzəbləndi: "Heç utanmırsınızmı?"
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
Ordubad şəhəri ICESCO-nun siyahısına salınıb
İsmayıllı rayonunda zəlzələ olub
"Qalatasaray" - "Yuventus" matçının biletləri satışda - Ən baha bilet 1650, ən ucuz isə...
İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı
Energetika naziri Macarıstan səfirini qəbul edib
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
Nazir mərkəz direktorlarını vəzifədən azad etdi - Yeni təyinatlar
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
"Neftçi" - "Qarabağ" oyunu təxirə salınmayacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Əli Həsənov Ramiz Mehdiyevlə bağlı suala cavabdan yayındı
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” avtomobili sahibini tapdı
Dövlət Agentliyi "Azəriqaz"ın tələbini rədd etdi
Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Sərəncam
Bakının oğurluq edən qadın saxlanılıb
"17 milyon az məbləğ deyil, böyük vəsaitdir" - Elmar Məmmədyarov
Azərbaycana deport olunan Gültəkin Hacıbəyliyə niyə zəng çatmır? - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB (YENİLƏNİB)
Energetika naziri İran səfiri ilə müzakirə aparıb - Açıqlama
"Artıq Mərkəzi Bank da bu "Bank Respublika" ilə bacarmır" - Şikayətçi depozitini ala bilmir
ƏLİ KƏRİMLİ BELƏ SAXLANILIB - Video
Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Mahir Səfərli yeni vəzifəyə təyin edildi
Tələbə "Anamla bələdiyyə sədri gizli sevgilidir" dedi, məhkəməlik oldu - Türkiyədə + FOTOLAR
Fermerlərə subsidiya ödənişləri başlayır - Açıqlama
Milli Şura necə və niyə yaranıb? - İttiham aktı
RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON NAĞD PUL ÇIXDI - VİDEO
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov.. - DTX həbsin şok detalları və gizli səs yazılarını yaydı (VİDEO)
Leyla Əliyeva bu görüntüləri paylaşdı - VİDEO