Moldova Parlamentində "Şuşa" sərgisi, səfirliyimizdə isə Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş barelyefin açılış mərasimi keçirilib - FOTOLAR
10-11-2022 [15:24]
Moldova Parlamentində Şuşaya həsr olunmuş sərginin açılışı baş tutub
Mia.az xəbər verir ki, Moldova parlamentinin binasında 8 Noyabr - Zəfər Günündə Azərbaycanın Mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş və şəhərin 270 illiyi münasibətilə fotoşəkillərdən ibarət sərgi açılıb.
Sərginin rəsmi açılış mərasimində Moldova parlamentinin sədri İqor Qrosu, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, deputatlar və yerli KİV-lər iştirak ediblər.
İqor Qrosu sərginin açılışında çıxış edərək Moldova parlamentinin binasında belə bir sərginin açılmasından məmnun olduğunu bildirib. Azərbaycana səfərini xoş xatirə kimi xatırlayan Moldova parlamentinin sədri Şuşaya səfəri barədə danışaraq deyib: “Parlament sədri kimi çox sevinirəm ki, iki ölkə arasında münasibətlərimizdə yeni səhifə açılıb. Qarabağın mədəniyyət beşiyi olan Şuşaya bu il etdiyim səfər məndə xoş təəssürat oyadıb. Şuşada çox sayda tarixi, mədəni abidələr var. Şuşada olarkən şəhərdə tam bərpa və yenidənqurma işlərinin aparıldığının şahidi oldum”.
Spiker vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və onun incisi olan Şuşanın inkişafına, tarixi və mədəni abidələrin bərpasına çox böyük töhfə verir.
İqor Qrosu Moldova və Azərbaycan dövlətlərinin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək iki ölkənin dost münasibətlərindən danışıb.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə çıxış edərək Zəfər Günündə Moldova parlamentinin binasında belə bir sərginin təşkil olunmasına verdiyi dəstəyə görə İqor Qrosa təşəkkürünü bildirib.
“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalda olan ərazilərimizi azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Bu, bizim şanlı tariximizdir və əbədi olacaq. Bu gün isə Azərbaycan regionda sülhün tərəfdarıdır, müharibə istəmir, regionun iqtisadi inkişafına öz töhfəsini verməyə hazırdır. Azərbaycan ədalətli sülhün tərəfdarıdır”, - deyə Əli Hüseynli əlavə edib. O, çıxışında Azərbaycan və Moldova arasında olan siyasi və iqtisadi əməkdaşlığın inkişafı məsələlərinə də toxunub.
Azərbaycan və Moldova arasında dost münasibətlərin olduğunu deyən səfir Qüdsi Osmanov isə bildirib ki, Moldova parlamentində Zəfər Gününə aid belə bir tədbirin keçirilməsi dost münasibətlərin bariz nümunəsidir.
Səfir bildirib ki, Şuşa şəhərinin işğaldan azad edildiyi gün Zəfər Gününün qeyd olunması Azərbaycan xalqı üçün rəmzi məna daşıyır. Çünki Şuşa Azərbaycanın incisi və Qarabağın ürəyidir.
Q.Osmanov Azərbaycanın Zəfərinin bu torpaqlara sülh gətirdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin regionda bütün xalqların sülh, sabitlik və firavanlıq şəraitində yaşamasına yönəldiyini də vurğulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Bununla yanaşı, Azərbaycanın Moldovadakı səfirliyinin binası önündəki bağçada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş barelyefin açılış mərasimi keçirilib.
Rəsmi açılış mərasimində Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Moldovanın mədəniyyət naziri Serdjiu Prodan, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov iştirak ediblər. Həmçinin tədbirə Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri, yerli KİV nümayəndələri qatılıblar.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan və Moldovanın Dövlət himnləri səsləndirilib.
Səfir Qüdsi Osmanov çıxışında bildirib ki, Zəfər Günündə Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərinə həsr olunmuş barelyefin açılışını etmək böyük şərəfdir.
“Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun aparıcı dövlətlərindən biri hesab olunur. Ölkəmiz gələcək nəsillər naminə regionda sülh, təhlükəsizlik və sabitliyə sadiqdir. İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı tikinti-bərpa işləri aparılır. “Ağıllı şəhərlər” və “Ağıllı kəndlər”, hava limanları, avtomobil və dəmir yolları tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlar becərilir. Füzuli və Zəngilanda beynəlxalq hava limanları istifadəyə verilib. Bu nəcib, mühüm və tarixi missiyada bizə dəstək olan bütün ölkələrə təşəkkür edirik”, - deyə səfir əlavə edib.
Qüdsi Osmanov vurğulayıb ki, Azərbaycan Moldova ilə ən yüksək səviyyədə olan münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan və Moldova bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.
“Hesab edirəm ki, bu barelyefin açılması ölkələrimiz arasında ikitərəfli münasibətlərdə daha bir əlamətdar hadisədir. Səfirliyin qarşısındakı bu meydanı paytaxt sakinləri üçün Azərbaycanın tarixi və mədəniyyəti haqqında nadir muzey adlandırmaq olar”, - deyə səfir qeyd edib.
Azərbaycanla Moldova arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir: “Azərbaycan işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işlərinin aparılmasına Moldovanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir. 44 günlük Vətən müharibəsindən sonra Moldova parlamentinin sədri İqor Qrosu işğaldan azad olunan Şuşa şəhərinə səfər edib. Bunun özü Moldovanın Azərbaycana açıq siyasi dəstəyidir. Kişineunun mərkəzində Şuşaya dair barelyefin açılması da bu dəstəyin tərkib hissəsidir”.
Əli Hüseynli bildirib ki, iki il əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Şuşanı işğaldan azad etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bu gün regionda sülhün tərəfdarıdır.
Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, mədəniyyət naziri Serdjiu Prodan da çıxışlarında ikitərəfli münasibətlərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Şuşaya dair barelyefin açılışı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu mədəniyyət abidəsi şəhərin turistləri üçün də cəlbedici olacaq.
Qeyd edək ki, barelyefin üzərində “Şuşa qalası” və “Yuxarı Gövhər Ağa məscidi” kompozisiyaları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında söylədikləri sözlər təsvir olunub.
Sonra qonaqlar səfirliyin həyətində Azərbaycan ilə Moldova arasında dostluq rəmzi olaraq ağac əkib, 44 günlük Vətən müharibəsinə dair sərgi ilə tanış olublar.
Tədbir Moldova KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib