Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub - FOTO
10-11-2022 [11:17]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin və şəhid ailələri üzvlərinin, digər həssas qrupların sosial dəstəklə təmin olunması, onların sosial inteqrasiyası sahəsində aparılan fəal dövlət siyasətinin növbəti təzahürüdür.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəz 121 nəfərlik auditorium, müxtəlif peşə-yaradıcılıq otaq və studiyaları, kitabxana, inzibati otaqlar, yeməkxanadan və s. ibarətdir. Hazırda mərkəzdə 266 nəfər benefisiar təlim alır. Onlardan 60 faizə qədəri əlilliyi olan şəxslərdir. Mərkəzdə 14 istiqamətdə (musiqi, kapoeyra, badminton, atçılıq, rəqs, təsviri incəsənət, dulusçuluq, floristika, bağçılıq və landşaft dizaynı, bədii oyma, dərzilik, modelyer sənəti , xalçaçılıq, səhnə, kulinariya, fotoqrafiya və s.) təlimlər təşkil olunur. Ötən bir ildə mərkəzdə 20-dən çox tədbir, forum, sərgi-satış yarmarkası, konsert proqramı və s. təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzdə benefisiarların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün aparılan işlərlə, benefisiarların əl işlərindən ibarət sərgi və təlim prosesi ilə tanış olub, A.P.Çexovun eyniadlı pyesi əsasında mərkəzdə hazırlanmış “Təklif” tamaşasını izləyib.
Tamaşada kübar görünməyə çalışan cəmiyyətin problemləri əksini tapır. Vodevil (zarafat) janrında olan, 23 nəfər yaradıcı heyətdən ibarət tamaşanın 7 baş rol ifaçısından 5-i müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərdir.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib