ZƏFƏR GÜNÜ - ŞANLI QƏLƏBƏYƏ GEDƏN YOL
08-11-2022 [09:28]
Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi Zəfər tariximizin başlanğıcı kimi xatırlayırıq.Həmin gün ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan Zəfər möhtəşəm və qürurludur.
Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək "Dəmir yumruq" yaradan xalqın qalibiyyətidır. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycanın tarixi qələbəsidir.
Bu Zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir.
Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Hədd-hüdudu olmayan fərəh, xoşbəxtlik məhz budur!
Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Bu qələbə təkcə Ermənistan üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfərdir. Bu Zəfər bayramı bizim üçün qürur mənbəyidir. Bütün dünya - bizə dəstək olan və olmayan hər kəs Azərbaycanı qalib ölkə kimi tanıdı.
Azərbaycanın şanlı Zəfəri, Ermənistanın isə acınacaqlı məğlubiyyəti "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Şuşanın işğaldan azad edilməsi də müharibənin gedişinə həlledici təsir göstərərək hərbi-diplomatik və tarixi Qələbəmizi reallaşdırdı.
Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı.
2022-ci ilin Şuşa ili olması da bir çox azərbaycanlıların fəxrlə və həvəslə zəfər gününü qeyd etməsinə təkan yaradır. Mingəçevir Dövlət Universitetində (MDU) tədbirlər planına əsasən Şuşa ili çərçivəsində zəfər günü ilə bağlı silsilə tədbirlər, konfranslar həyata keçirilib.
Bu tədbir və konfranslara şəhid ailələri, qazilər, veteranlar dəvət olunub. Danılmazdır ki, MDU-nun rektoru Şahin Bayramov daim şəhid ailələrini, qaziləri, veteranları diqqət mərkəzində saxlayır və öz qayğısını onlardan əsirgəmir.
MDU-nun Xarici dillər kafedrası da Zəfər gününə biganə yanaşmayıb. Kafedranın müdiri M. Rəhimovun göstərişi ilə 04.10.2022 tarixində Shusha- The pearl of Azerbaijan culture ( Şuşa Azərbaycan mədəniyyətinin incisidir) adlı ingilis dilində tədbir həyata keçirilib.
Tədbirə Mingəçevir şəhər 3 nömrəli məktəbin şagirdləri də cəlb olunub. Qeyd edək ki MDU da gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə ümumtəhsil məktəbləri ilə birlikdə tarixi günlərin keçirilməsinə xüsusi önəm verilir.
Bu tədbir də nəzərə çarpan məqamlardan biri isə tədbirin ingilis dilində keçirilməsi olub. Hətta ABŞ Dövlət Departamentinin Fulbright ETA (English Teaching Assistantship ) proqramı çərçivəsində MDU da fəaliyyət göstərən Amerikalı mütəxəssis John Bunke də Zəfər günü ilə bağlı fikirlərini auditoriya ilə bölüşüb. Tədbirin ingilis dilində keçirilməsinin əsas məqsədi müasir dövrdə dilin önəmi ilə vətənpərvərlik ruhunun birgə vəhdətinin tələbə və şagirdlərə aşılanmasıdır.
Mən bir daha bu zəfəri bizlərə yaşadan öz canı, qanı bahasına doğma Qarabağı düşməndən azad edən şəhidlərimizin analarının qarşısında baş əyirəm və min cür əzab- əziyyətlə həyatlarına davam edən qazilərimizə Allahdan şəfa diləyirəm.
Mən əminəm ki, 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Xədicə Əliyeva,
Mingəçevir Dövlət Universiteti,
Xarici dillər kafedrasının müəllimi
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib