Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş elmi sessiya keçirilib
24-10-2022 [16:39]
Oktyabrın 24-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş “Əbədi hürriyyətin şairi” mövzusunda elmi sessiya keçirilib.
Mia.az xəbər verir ki, əvvəlcə Hüseyn Cavidin həyat və fəaliyyətinə həsr olunmuş sərgi nümayiş etdirilib.
Muzeyin baş direktoru, akademik Rafael Hüseynov sessiyada məruzə ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin ədəbiyyatımızın filosof şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünün qeyd edilməsi haqqında imzaladığı Sərəncam böyük şairin zəngin yaradıcılığına ehtiramın nişanəsidir. Akademik əlavə edib ki, müasirlərinin “əfəndi” deyərək seçdiyi Hüseyn Cavid peyğəmbər xislətli və siqlətli yaradıcı şəxsiyyət olmuşdur.
Akademik Rafael Hüseynov Azərbaycanla yanaşı, dünya ədəbiyyatının ən müstəsna simaları sırasında yer alan böyük Hüseyn Cavidin öz aqibətini, gələcək taleyini öncədən gördüyünü və bunu misralarında əks etdirdiyini vurğulayıb: “O yalnız olanları yazmırdı, olacaqları da əvvəlcədən qələmə alırdı, millətin inkişafı yolunu da qabaqcadan müəyyənləşdirərək şeirə çevirirdi”.
Alim özünü “Səma şairi” adlandıran Hüseyn Cavidin yalnız məcazi mənada deyil, həqiqi mənada da səmalarda olduğunu bildirib, Cavidin Göydə bərq vuran ulduzlar kimi hər zaman Azərbaycan ədəbiyyatı içərisində parladığını qeyd edib.
Rafael Hüseynov ədibin sənətkar taleyinin faciəvi olmasını təəssüf hissi ilə bildirərək əlavə edib ki, faciələr yazan, özü faciələrlə üzləşmiş şair 1937-ci ildə, yaradıcılığının ən parlaq çağında, Azərbaycan ədəbiyyatına böyük bəhrələr verdiyi bir zamanda repressiyaya uğrayıb: “Hüseyn Cavid və bir sıra digər Azərbaycan ədibləri 1956-cı il, bəraət mövsümünə qədər yasaq adlar, yasaq əsərlər sırasında qalıblar. Onların adlarını çəkmək, əsərlərini səhnəyə gətirmək, şeirlərini oxumaq qadağan edilib. Bəraətlər dalğasından sonra bir çox digər şairlər kimi, Hüseyn Cavidin də üzərindən “xalq düşməni” dalğası götürülüb və onun xalqa qayıdışı başlayıb”.
Akademik Rafael Hüseynov Hüseyn Cavidə münasibətdə bu qayıdışın tam bir qayıdış olmadığını və yalnız 100 yaşının tamamında, 1982-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəndaş qeyrəti sayəsində Cavidin 100 yaşının qeyd edilməsi üçün proqramın tərtib edildiyini qeyd edib. Muzeyin baş direktoru bu proqramın həmin dövrdə Hüseyn Cavidə münasibətdə haqsızlığın davam etməsi, onun xalqa qayıdışına ehtiyac olması zərurətindən irəli gələrək tərtib edildiyini diqqətə çatdırıb. Bildirib ki, məhz Heydər Əliyevin qətiyyəti sayəsində Cavidin nəşini Azərbaycana gətirmək mümkün olmuş, dahi şair doğma Naxçıvanda torpağa tapşırılmışdır. Rafael Hüseynov görkəmli ədibin məqbərəsinin də illər sonra yenə Ulu Öndərin qətiyyəti sayəsində ucaldıldığını, Cavidin pərən-pərən düşmüş, hərəsi bir məzarda torpağa tapşırılmış ailə üzvlərinin də həmin məqbərədə qovuşduğunu bildirib.
Dahi lider Heydər Əliyevin Cavidin bütün yaradıcılığının Azərbaycana yenidən qayıtması üçün üfüqlər açdığını xatırladan Rafael Hüseynov ədibin bir çox çap olunmayan əsərlərinin bundan sonra işıq üzü gördüyünü, səhnələrə gətirilməmiş əsərlərinin tamaşaya qoyulduğunu diqqətə çatdırıb.
“Görkəmli şəxsiyyət Hüseyn Cavidin 140 yaşı onun böyük ömürünü yalnız bir parçasıdır”, - deyən baş direktor bütövlükdə Azərbaycan xalqına qayıtmış Cavidin yolunun əsrlərcə davam edəcəyinə, görkəmli ədibin bir ulduz kimi bütün Azərbaycan gerçəkliyində, gələcək boyunca parlayacağına əminliyini ifadə edib.
Tədbirdə muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Ömür kitabı – “Azər”, Yeni və müasir dövr Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva “Milləti, vətəni ucaldan şairlər”, Mədəni irs və mənbəşünaslıq şöbəsinin əməkdaşı Ülviyyə Həsənova “Hüseyn Cavid yadigarları” mövzusunda məruzələrlə çıxış ediblər.
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA-da işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR