Şəmkirdə evdə kişini başından güllələyən şəxs Bakıda tutuldu (Yenilənib)

img

24-10-2022 [11:04]


Şəmkirdə qətl törədərək hadisə yerindən qaçan şəxs tutulub.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 22-də saat 14 radələrində Seyfəli kəndindəki bir evin həyətindəki yardımçı təsərrüfatda rayon sakini Ruslan Bayramovun meyitinin tapılması barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayonun Çinarlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mustafa Eyubovun tüfəngdən açdığı atəşlə R.Bayramovu öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Eyubov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində tutularaq istintaqa təhvil verilib.

Çinarlı qəsəbəsindəki evə baxış zamanı onun cinayəti törədərkən istifadə etdiyi R.Bayramova məxsus “TOZ-16” markalı ov tüfəngi və 29 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

Şəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.

Məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 50-55 yaşlı kişinin meyiti kirayə qaldığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmala aparılır/Report.

***

Şəmkirdə güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Məlumata görə, ölən şəxs 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğludur.

Qətli törədən şəxs hadisə yerindən qaçıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR