Noyabrda ardıcıl 4 gün iş olmayacaq - Əli Əsədov qərar verdi

img

18-10-2022 [18:40]


Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA