Çavuşoğlu: "Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır"

img

17-10-2022 [14:58]


“Fransa obyektiv deyil”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib: “Azərbaycan Qarabağ zəfərindən sonra Ermənsitana əsaslı sülh təklif edib. Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır. İndi sülh müzakirələri sürətlənərək davam etməlidir. Bu, Cənubi Qafqzdakı sabitlik üçün son dərəcə vacibdir”.

Nazir xaricdə Azərbaycan səfirlklərinə olunan erməni hücumlarından da söz açıb. Deyib ki, Vyana razılığına əsasən diplomatik missiyaların qorunması ev sahibinə aiddir: "Ölkələr səfirliyə hücumunun qarşısını almalıdır. Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA