"Neftçi"də istefa; Vitse-prezident vəzifədən getdi

img

24-04-2014 [13:55]


"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib.

Qol.Az saytına açıqlamasında Süleymanov özü bu haqda məlumat verib.

O, "Rəvan"la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. Klub rəsmisi istefasının səbəbini belə izah edib:

"Son vaxtlar "Neftçi"yə qarşı təzyiqlər çoxalıb. İstəmirəm ki, mənə görə "Neftçi"yə ziyan dəysin. Bilirsiniz ki, cəza müddətim başa çatsa da, AFFA İntizam Komitəsinin qərarına görə yenidən "Neftçi"nin oyunlarını canlı izləmək hüququndan məhrum olmuşam. Azərbaycan futbolunun problemi Tahir Süleymanovla bağlı imiş. Buna görə də özümə borc bildim ki, istefa verim".

Qeyd edək ki, T.Süleymanov 4 il idi ki, "Neftçi"də çalışırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR