“Xınalıq kəndi və köç yolu” adlı sənəd UNESCO-ya təqdim edilib

img

14-10-2022 [16:24]


“Xınalıq kəndi və köç yolu” adlı sənəd hazırlanaraq UNESCO-ya təqdim edilib.

Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O bildirib ki, bu sənəd artıq iki ilkin və texniki baxışdan keçib: “Ərazinin dəyərləri ilə bağlı ilkin pozitiv rəylər almışıq. İlkin texniki baxışın nəticələrinə uyğun olaraq sənədlər hazırlanır. Noyabrın 7-nə qədər bu sənədlər UNESCO-ya təqdim olunacaq və növbəti ildə Dünya İrsi Mərkəzinin planlarında dəyişiklik olmasa, komitənin növbəti iclasında müzakirəyə çıxarılacaq. Biz ümid edirik ki, bu müzakirənin sonunda Xınalıq kəndi və köç yolu Dünya irsi siyahısına daxil olacaq”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA