Çavuşoğlu Ermənistanla normallaşma prosesindən danışıb: "Növbəti görüşlər Ermənistan və Türkiyədə keçiriləcək"

img

14-10-2022 [13:50]


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərli həmkarı ilə bugünkü brifinqdə Ermənistanla normallaşma prosesi barədə sualı cavablandırıb.

Mia.az xəbər verir ki, o, Praqada prezident Ərdoğanın Paşinyanla görüşünü xatırladıb. Deyib ki, bu görüşdə müsbət siqnallar verilib: "Təbii ki, biz bu prosesi də Azərbaycanla koordinasiya edirik. Bu da təbiidir. Hesab edirəm ki, normallaşma prosesi ilə bağlı növbəti görüşlər Ermənistan və Türkiyədə keçiriləcək. Biz bu məsələdə tam səmimiyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR