"Bu radikallar cəzasızlıqdan istifadə edirlər" - Fərid Şəfiyevdən ABŞ-dakı səfirliyimizin maşınına atəş açılmasına reaksiya

img

12-10-2022 [14:52]


“1970-80-ci illərdə türkiyəli diplomatlara və 1988-94-cü illərdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən terror aktları qəti şəkildə pislənmədiyi üçün bu radikallar cəzasızlıqdan istifadə edirlər”.

Mia.az xəbər verir ki, bu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev tviterdəki paylaşımında qeyd olunub.

O daha sonra yazıb: “Göründüyü kimi, Azərbaycan diplomatik korpusuna qarşı bir neçə insidentlə biz erməni radikallarının istifadə etdiyi bədnam terror taktikasının geri qayıtdığını görürük".

Xatırladaq ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR