Avropa Liqası: "Qarabağ" - "Olimpiakos" oyununun biletlərinin satışı davam edir

img

11-10-2022 [19:07]


Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün cəmi 2 000 bilet qalıb.

Ağdam klubundan verilən məlumata görə, indiyədək satışa çıxarılmış 29 000 biletin hamısı satılıb. Son 2 000 bilet isə oktyabrın 12-dən satışda olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA