AFFA İntizam Komitəsi bəzi klubları cəzalandırıb - SİYAHI

img

14-10-2022 [15:07]


AFFA İntizam Komitəsi bəzi klubları cəzalandırıb.

Mia.az xəbər verir ki, bu barədə qərarlar qurumun bugünkü yığıncaqda qəbul olunub:

Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə olunur (maddə 51.1);

“Qəbələ” klubunun futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);

IX turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə olunur (maddə 51.1);

“Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

IX turun “Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur (maddə 69.3);


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA