ÜST: "Koronavirus pandemiyasının sonu yaxınlaşır"

img

14-09-2022 [21:12]


Koronavirus pandemiyasının sonu yaxınlaşır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

"Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - Qebreyesus əlavə edib.

Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70% peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA