Ərdoğan Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

img

14-09-2022 [16:52]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək.

Məlumatı “Reuters” yayıb.

Bildirilib ki, Özbəksitanın Səmərqənd şəhərində R.T.Ərdoğanla V.Putin arasında görüş olacaq. Agentliyin xəbərinə görə, dövlət başçıları bir sıra məsələlərlə yanaşı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər/Report.

Qeyd edək ki, sentyabrın 15-16-da Özbəksitanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanda iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA