Şəhid  Nail Abbasov Oğuzda dəfn edilib

img

14-09-2022 [11:47]


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Nail Adil oğlu Abbasov Oğuz rayonunda dəfn edilib.

Məlumata görə, 25 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı rayonun Qarabaldır kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib.

Mərasimdə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, ruhuna dualar oxunub/Report.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. N.Abbasov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.

N.Abbasov nişanlı idi.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA