Ceyhun Bayramovla Hikmət Hacıyev diplomatik korpus üçün brifinq keçirib - Açıqlamalar (FOTO)
13-09-2022 [19:48]
Xarici İşlər Nazirliyində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, brifinq zamanı Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib. Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib.
Şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktının son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementi olduğu qeyd edilib. Belə təxribatlar sırasında Azərbaycan, Ermənistan, Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozularaq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Azərbaycanın ərazilərinin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi və s. pozuntular diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı vurğulanıb.
Brifinqin yekununda iştirakçıların mövqeyi dinlənilib və verilən suallar cavablandırılıb.
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi
Rusiya Təhlükəsizlik Şurası: "Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qatıla bilər"
Prokurorluq orqanlarında yeni qəbul edilən işçilər and içiblər
Biləsuvarda zəlzələ olub
Vaqif Allahverdiyevə ittiham elan olunub
“Xalq Sığorta”, AtaSığorta... - Bu sığorta şirkətlərindən şikayətlər pik həddə çatıb + CƏDVƏL
Ev kirayə verənlərin nəzərinə: cərimə 5 dəfə artırılıb
Bakda 52 yaşlı şəxs 7 kq narkotik vasitə ilə tutulub - VİDEO
"Bakı Metropoliteni" QSC-də yoxlama: pozuntular aşkara çıxarıldı