Ukrayna ordusu rus hərbçilərini geri qovur: “Biz irəliləyirik, bu, göz qabağındadır"

img

09-09-2022 [17:52]


Cənubdakı Ukrayna qüvvələri Rusiya hərbçilərinin nəzarətində olan mövqelərə doğru daha bir neçə kilometr irəliləyib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

Onun sözlərinə görə, cənub istiqamətində yeni şad xəbərlər var: “Biz irəliləyirik, bu, göz qabağındadır. Azad etdiyimiz yaşayış məntəqələri, uğur qazandığımız istiqamətlər var. Lakin hələ ki, onların adlarını açıqlamırıq”.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində əks-hücum əməliyyatları zamanı müəyyən uğurlar əldə etdiyini bildirib.

Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələri Xarkov və Yujnobuqski istiqamətində 700 kvadrat kilometrdən çox ərazini Rusiya işğalından azad edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA