Prezident İlham Əliyev daha bir fərman imzalayıb

img

08-09-2022 [17:52]


Prezident İlham Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətinin təmin edilməsi və “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 20 iyul 2011-ci il tarixli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 25 yanvar 2016-cı il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən AYNA-nın nizamnaməsi təsdiq edilib.

Onun nizamnamə fondu 5 642 390 manat müəyyən edilib və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Nazirlər Kabineti AYNA-nın nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA