Ərdoğan: "Rusiyanı xəfifə alanlar yanılır" - "Sən Rusiyaya qarşı addım atacaqsan, o da silahı ilə, digər ehtiyatı ilə duracaqmı?"

img

07-09-2022 [20:06]


"Rusiyanı xəfifə alanlar yanılır".

Mia.az xəbər verir ki, bu sözləri serbiyada səfərdə olan Türkiyə prezidenti Ərdoğan deyib.

O bildirib ki, bu məsələdə Qərb günahkardır: "Ukraynada savaşın uzanmasına təhriklər var. Harada xarab texnika varsa, Ukraynaya göndərirlər. Rusiyanı xəfidə alanlar yanılır. Sən Rusiyaya qarşı addım atacaqsan, o da silahı ilə, digər ehtiyatı ilə duracaqmı? Baxın, indi Avropaya gedən qazı dayandırıblar. Nə oldu? Qərb qara-qara düşünür ki, qışı necə çıxacaq? Sən Rusiyanın üstünə belə gələrsənsə, buna da belə cavabların olması təbiidir".

Ərdoğan bir daha bildirib ki, Türtkiyə Ukraynada savaşın tezlikləı bitməsinə çalışır: "Bir an savaş dursun ki, dünya və bölgə rahat nəfəs alsın".

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA