“TurAz Qartalı - 2022”: Azərbaycan və Türkiyə pilotları birgə təlmdə - FOTOLAR

img

06-09-2022 [19:40]


“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA