Türkiyə ilk dəfə Azərbaycanda yeni sualtı qayığını nümayiş etdirir

img

06-09-2022 [12:49]


Türkiyə IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində ilk dəfə “STM 500” kiçik sualtı qayığını nümayiş etdirir.

Mia.az Report-a istinadla xəbər verir ki, tədbirdə həmçinin Türkiyənin ilk milli freqatı – İ sinifli MİLGEM, STM-MPAC raketli kater, fırlanan qanadlı zərbə PUA sistemi KARGU, sabit qanadlı PUA sistemi ALPAGU və müşahidəçi PUA sistemi TOGAN sərgilənir.

Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İdarəsi rəhbərliyi altında fəaliyyət göstərən STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) hərbi dəniz platformalarından taktiki mini PUA sistemlərinə, kibertəhlükəsizlikdən komanda idarəetmə sisteminə qədər innovativ və milli sistemlər istehsal edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA