İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul edib

img

03-09-2022 [18:03]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Dünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul edib.

Mia.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən karate növünə dövlət səviyyəsində dəstək göstərildiyi və ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər qeyd olundu. Karateçilərimizin nüfuzlu beynəlxalq idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında qazandığı uğurlar vurğulandı.

Görüşdə Bakıda keçirilən Dünya Karate Federasiyasının ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turnirinin əhəmiyyətindən söhbət açıldı. Bildirildi ki, bu turnirin keçirilməsi ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsini bir daha göstərir.

Dövlətimizin başçısı Antonio Espinosa Azərbaycan Karate Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizdə idmanın bu növünə çox sayda gənclərin və uşaqların böyük marağının olduğu məmnunluqla vurğulandı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA